SMOLEVİÇİ PARKET ZAVODU
Münasib qiymətə Avropa keyfiyyəti
Smoleviçi parket fabriki döşəmə üçün yüksək keyfiyyətli təbii material istehsalçısıdır. İstehsal tarixi 1994-cü ildən başlayır. O vaxtdan şirkət yalnız Belarus bazarında deyil,eyni zamanda Avropa və Asiya bazarında əsas döşəmə tədarükçüsü oldu. Şirkətin məhsulları istehlakçılar tərəfindən keyfiyyətinə, təhlükəsizlik və ekoloji təmizliyinə, şık dizaynına görə yüksək qiymətləndirilir.
Fabrik ən yaxşı dünya istehsalçılarının ən yeni avadanlıqları ilə təchiz edilmişdir. İtaliya və Almaniyanın ən yaxşı istehsalçılarının müasir qurutma qurğuları, həmçinin istehsalın bütün mərhələlərində rütubətə nəzarət olunması nəm göstəricilərinə mükəmməl riayət etməyə kömək edir. İtaliyada hazırlanan qurğuların köməyi ilə işlənmiş səthlərin dəqiq həndəsəsinə nail olunur və germetik qablaşdırma nəmdən və mexaniki zərərdən qorunmani təmin edir.
Şirkət çox sayda massiv laklı parket , 2 laylı parket istehsal edir. Şirkətin məhsulları yüksək keyfiyyət xüsusiyyətlərinə malikdir və davamlı tələb olunur. Bunu Almaniya, Fransa, İtaliya, İspaniya, Hollandiya, Belçika, Azərbaycan, İran, Litva, Latviya, Qazaxıstan, Türkmənistan, Rusiyaya ixracat sübut edir.
Şirkətimizin əsas konsepsiyalarından biri interyerin dizaynı üçün ən geniş həll yollarını həyata keçirməyə imkan verən məhsulların yaradılmasıdır. Yüksək statuslarını nümayiş etdirmək istəyən, eyni zamanda praktikliyi yüksək qiymətləndirənlər təbii parketə üstünlük verirlər . Palıd parket döşəmə bazarın lideridir. Palıd ağacının möhkəmliyinin və dayanıqlığının analoqu yoxdur. Şirkət aşağıdakı növlərdə və rənglərdə həm massiv, həm də 2 laylı parketlər təklif edir:
Növlər:
1.SELECT – Əla növ parket. Bu nov parket üçün seçilmiş materialdan istifadə olunur. Bu növ parketdə azacıq rəng fərqi, diametri 5 mm-dən böyük olmayan az miqdarda təbii və qara düyünlər yol veriləndir. Qarışıq teksturalı olur.
2.STANDART – 1-ci növ parket. Bu növ parketdə tekstura və rəng fərqləri, az sayda ağ zolaqlar, 20 mm diametrə qədər təbii, doldurulmuş qara düyünlər yol veriləndir.
3.KANTRİ – Bu növ parket üçün istənilən ölçüdə doldurulmuş düyünlər və çatlar, deşiklər,rəng fərqləri yol veriləndir. Bu təbiətin bizə bəxş etdiyi ən təbii döşəmə örtüyüdür.
RƏNGLƏR:
1.VANİL – Bu rəng sizin evinizin daha işıqlı və geniş görünməsini təmin etməklə bərabər,interyerinizdə müasirlik və dəbdəbə yaradacaq.
2.NATURAL — Palıdın təbii rəngi hər zaman sadəliyi və orijinallığı axtaranlar üçün ideal seçim hesab olunub. Klassik döşəmə istənilən dizayn üçün ən rahat seçimdir.
3.QOZ – Müasir interyerlərin əksəriyyəti üçün universal seçimdir. Bu rəng bahalı,eyni zamanda xoş əhvali-ruhiyyə yaradan görünüşü ilə evinizin stilini tamamlayacaq.
4.BOZ (kül rəngi) — Boz döşəmə nəcib və sakit görünür.İstənilən işıqlandırma səviyyəsində, boz döşəmə sakitləşdirici təsir göstərir, stresi aradan qaldırır, rahatlıq hissi verir. Bu xüsusiyyətləri boz rəngi qonaq otağı və yataq otağı üçün əlverişli hala gətirir.
5.ŞABALID – Bu rəng açıq rənglərdən istifadə olunmuş interyerde isti və kontrastlı mühit yaradır.
6.ŞOKOLAD – Bütün zamanlarda əksər dizaynerlərin vazkeçilməz rəngi. Tünd döşəmə ineryerinizin daha zəlbedici və bahalı görünüşünün təminatçısıdır.
ÖLÇÜLƏRİ:
Massiv – 15*90*300-1200 mm ; 20*120*400-1200 mm
2 laylı — 20*120*400-1200 mm
Smoleviçi parketini seçməyiniz üçün 5 səbəb:
1.Məhsullar beynəlxalq standartlara uyğundur. İstehsal üçün ağac materialı diqqətlə seçilir və sıralanır. Yüksək texnoloji avadanlıqların (İtaliya istehsalı) istifadəsi sayəsində bütün məhsullar mükəmməl bir həndəsi formaya malikdir.
2.Məhsullar möhkəm və davamlıdır. Ağac texnologiyasına ciddi riayət etməklə İtalyan avadanlıqlarında qurudulur. Hazır məhsullar yüksək rütubətə məruz qalmaması üçün germetik qablaşdırılır.
3.Sürətli quraşdırma prosesi. Dəqiq ölçülər və taxtaların kənarlarında xüsusi T&G konstruksiyasının olması səbəbindən qısa müddətdə döşəmə örtüyü qoyulur. Mükəmməl naxış və şık bəzək yaradan fərdi elementlər arasında boşluqlar yoxdur.
4.Ekoloji təhlükəsizlik. Ağaclar ekoloji cəhətdən təmiz ərazilərdən gətirilib. İstehsal prosesində insan sağlamlığına və ətraf mühitə zərərli maddələrdən istifadə edilmir.
5.Əlverişli qiymət. Alternativ istehsalçılarla müqayisədə məhsulların qiyməti daha münasib, keyfiyyəti isə daha yüksəkdir.
Satışa çıxarılan bütün məhsullar sertifikatlaşdırılmışdır, etibarlı istismar üçün sınaqdan keçirilmiş və Rusiya Federasiyası və Belarus Respublikasının GOST və TU standartlarına uyğundur.