POLARWOOD Karelia-Upofloor CİS kompaniyasının  brendidir.

Seçimin hər detalına həvəs və böyük miqyasda yüksək keyfiyyətli material istehsal etmək bacarığını birləşdirən Karelia-Upoflor, estetika və döşəmələrin funksionallığının ən tələbkar ehtiyaclarını da ödəyə bilir və bununla da evlər, ofislər və ictimai sahələr üçün əhəmiyyətli bir əlavə dəyər yaradır.

Karelia-Upoflor inkişafa yönəlmiş və Avropanın aparıcı parket döşəmələri istehsalçısı olmağa çalışan beynəlxalq bir şirkətdir. Rusiyadakı yüksək texnoloji istehsal müəssisələri həm daxili bazar üçün, həm də 40-dan çox ölkəyə ixrac üçün yüksək keyfiyyətli parket istehsal edir. Rumıniyadakı zavod digər istehsal sahələri üçün komponentlər istehsalçısı rolunu oynayır. Maklinodaki zavod (Rusiya) istehsalda ən son texnologiyadan istifadə edir və şirkətin bütün zavodlarında olduğu kimi yüksək  keyfiyyətə ciddi nəzarət edir. Şimal ağac növlərindən hazırlanmış  3 laylı Polarwood markalı məhsullar temperatur və nisbi rütubət dəyişikliyinə qarşı daha dayanıqlı olduğundan, daha çox alıcı rəğbəti qazanmışdır.

Yüksək növ ağac materialından hazırlanan və yüksək ekoloji texnologiyanın məhsulu olan 1 və 3 zolaqlı parket lövhələri mənzilinizə təbiətin bir hissəsini gətirərək sizə rahat və təhlükəsiz həyat bəxş edəcək. Parketin üst səthi əsasən palıd (OAK) və göyrüş (ASH) ağacından hazırlanır. Bu müştərinin istəyinə rəğmən müxtəlif ekzotik ağaclar da ola bilər. Mexaniki kilidləmə sistemi döşəmənin quraşdırılmasını asanlaşdıraraq, lövhələr arasi xətləri demək olar ki, görünməz hala gətirir.  Ultrafiolet qurudulma sistemi ilə çəkilən yüksək keyfiyyətli lak və ya yağ ağacın gözəlliyini artırır və onun uzun illər sürtünmə və çirklənmədən qorunmasını təmin edir.

Bu gün  Karelia-Upofloor döşəmə örtükləri istehsalı üzrə  aparıcı şirkətlərdən biri olaraq,  Avropanın dörd ən böyük şirkətləri  sırasına daxildir.

Меню