Parket Lövhəsi.

Parket lövhəsi —  massiv və ya sadə parket görünüşlü döşəmə materialıdır. Parket lövhəsi tamamilə təbii qiymətli ağac növlərindən ibarətdir.

Parket lövhəsinin ixtiraçısı  İsveçli iş adamı Qustaf Kahrdır.

O, 1919-cu ildə qapı hazırlanmasında bir-birinə yapışdırılmış lamellərdən istifadə üsulunu  fikirləşmişdir. Bu üsul qapıların  sabitliyini və istifadə müddətini əhəmiyyətli dərəcədə artırmışdır.  22 ildən sonra isə taxta döşəmə istehsalında da bu üsuldan istifadə etməyə başlamışdır. Eyni zamanda parket lövhələrini 1958-ci ildən əvvəl olduğu kimi quraşdırıldıqdan sonra deyil, istehsal mərhələsində lak ilə örtmək fikri də Qustaf Kahra məxsusdur .

Bu gün Kahrs şirkəti parket lövhələrinin istehsalında lider markalardan biridir və Avropa döşəmə örtükləri sənayesinin simvoludur. Eyni zamanda, Kahrs yeni məhsullar, emal üsulları  və ətraf mühitin qorunması yollarını təklif edərək təkmilləşməyə davam edir.

Parket lövhəsinin əsas fərqi – kilid birləşməsi və çox laylı olmasıdır. Digər parket növlərində (massiv parket və 2 laylı -mühəndis lövhə) isə adi T&G birləşməsidir. Kilid birləşməsi parket lövhəsini laminat kimi  yerə yapışqansız döşəməyə imkan verir. Müasir parket lövhəsi bir-birinə etibarlı şəkildə yapışmış üç laydan, qoruyucu lak və ya yağ örtüyündən ibarət mürəkkəb bir konstruksiyadır. Təbəqələrin çarpaz birləşməsi parket lövhəsini temperatur və nisbi rütubət dəyişikliyinə qarşı əhəmiyyətli dərəcədə dayanıqlı edir.

I qat. Parket lövhəsinin üst təbəqəsi  0.5-6 mm qalınlıqda qiymətli ağac növlərindən hazırlanır. Bir qayda olaraq, bu təbəqəni təxminən 4 mm qalınlığında istehsal etməyə çalışırlar. İstənilən estetik xüsusiyyətləri vermək üçün lövhənin üst təbəqəsi müxtəlif emal növlərinə məruz qala bilər.

Üst təbəqə bir neçə qat lak və ya yağ-mum ilə örtülə bilər və eyni zamanda xüsusi rəngli lak və yağlardan da istifadə oluna bılər. Bir qayda olaraq, istehsalçılar parket lövhəsinə ən azı 5 qat lak çəkirlər və qoruyucu xüsusiyyətlərini artırmaq üçün UF bərkitmə üsulundan istifadə edirlər. Parketin uzunömürlülüyü səth örtüyünün xüsusiyyətindən asılıdır. Məsələn, İsveç istehsalçısı Kahrs, yaşayış sahələrində səth örtüyünə 25 il zəmanət verir.

II qat. Parket lövhəsinin orta təbəqəsi perpendikulyar şəkildə qoyulmuş iynəyarpaqlı ağaclardan hazırlanır – adətən şam və ya küknar istifadə edilir. İkinci qatın qalınığı təxminən 8-9 mm olur. Əgər lövhə cənub bölgələrində hazırlanırsa, iynəyarpaqlı əvəzinə tropik ağaclar istifadə oluna bilər. Orta təbəqədə parket löhvəsinin birləşmə mexanizmi açılır. Fərqli istehsalçıların kilidləri profil baxımından fərqlənə bilər və fərqli adlana bilər (3G, 5G, CosLock, Masterclic Plus, Woodloc® 5S və s.) Lakin hamısı lövhələrin bir-birinə sıxılmasını yaxşılaşdırmaq və parketin vurulmasını asanlaşdırmaq üçün hazırlanmışdır.

III qat. Döşəmə lövhəsinin alt təbəqəsi bütöv hissədən ibarət olur. İynəyarpaqlı ağaclar — şam və küknardan hazırlanır. Bu qat əvvəlki təbəqəyə çarpaz olaraq yerləşdirilir. Üçüncü təbəqənin qalınlığı təxminən 1,5 mm olur.

Klassik üç laylı quruluş,  geniş diapazon rütubət dəyişikliyi şəraitində parket lövhəsinə, ölçülərini dəyişməz saxlamağa imkan verir.

Laminatdan fərqli olaraq, parket lövhəsi tamamilə təbii ağacdan ibarətdir (alt qatını HDF təşkil edən markalar istisna olmaqla). Parket lövhəsi və laminatın oxşar cəhətləri: kilid sisteminin olması, quraşdırmanın asanlığı, yapışqansız «üzən» qaydada döşənmə imkanı.

Parket lövhəsinin əsas üstünlüyü, zavod şəraitində əldə edilən tam hazırlıqdır. Parket lövhəsi alarkən, onun quraşdırılması və sonrakı istismarı üçün minimum materiallara ehtiyacınız olacağına əmin ola bilərsiniz.

  • Parket örtükləri arasında parket lövhəsi quraşdırılması ən asan olanıdır. Xüsusi biliklərə sahib olmayan bir şəxs də lövhənin quraşdırılmasının öhdəsindən gələ bilər (otağın və alt döşəmənin hazırlanması üçün bütün tələblərə əməl olunması şərti ilə).
  • Parket lövhəsi «isti döşəmə» üçün də uyğundur. «Üzən» üsulla quraşdırıla bilər, zəruri hallarda sökülüb yenidən başqa yerə vurula bilər.
  • Parket lövhəsi — ekoloji cəhətdən təmiz, isti və fakturalı ağac görünüşündən zövq almağa imkan verən tamamilə təbii materialdır.
  • Çarpaz təbəqəli parket lövhəsinin konstruksiyası, onu rütubət və temperaturun (normalar çərçivəsində) mövsümi dəyişikliyinə dözümlü, sabit bir material halına gətirir. Fabrik şəraitində vurulan müasir laklar və yağlar isə döşəməni gündəlik mexaniki təsirlərdən etibarlı şəkildə qoruyur.

Müasir bazar çox sayda müxtəlif dizaynlı döşəmə lövhələri təklif edir. Bununla birlikdə, parket lövhəsini səthi xüsusiyyətlərinə görə 2 əsas prinsip üzrə təsnif etmək olar.

Tək zolaqlı, iki zolaqlı və üç zolaqlı parket lövhəsi var (layların sayı ilə qarışdırmayın). Yəni üst təbəqə geniş və tam ola bilər, ya da iki və ya üç sıra daha ensiz və daha qısa lameldən ibarət ola bilər. Bir zolaqlı parket lövhəsi xarici görünüşünə görə massiv parketdən, iki və üç zolaqlılar isə sadə klassik parketdən fərqlənmir.

Bütün quraşdırma tələblərinə riayət edərək, hamar (nahamarlıq 2 m səthdə 2 mm-dən çox olmamalıdır) və quru səth üzərinə parket lövhəsinin quraşdırılması hətta təcrübəsiz insanlar üçün də çətinlik yaratmır.

  • Parket lövhəsi həm «üzən» üsulla, həm də yapışqan ilə döşənə bilər. Birinci halda, əlavə mantar (probka) və ya digər parket altlığı tələb olunur. Altlıq səs izolyasiya və səs udma funksiyalarını yerinə yetirir. Parket lövhəsini birbaşa beton əsasa və ya faneraya yapışdırmaq olar.
  • Parket lövhəsi «isti döşəmə» sistemi üzərinə də döşənə bilər
Меню