ARTEKO şirkəti 1998-ci ildə yaradılmış , yüksək keyfiyyət və münasib qiymət konseptual yanaşması ilə, tez bir zamanda döşəmə bazarında öz yerini tapmışdır. 2014-cü ilə qədər şirkət «ART parket» adlanaraq, klassik və massiv parket, parket lövhəsi, bədii və həndəsi tərtibatlı parketlərin satışı və quraşdırılması sahəsində ixtisaslaşmış və peşəkar mövqe sərgiləmişdir. Zaman keçdikcə inkişaf yolunu əsas tutub, məhsullarımızın çeşidini daha da artıraraq parket kimyası, laminat, , mantar (probka) döşəmə, kovrolit və vinil örtüklərin satışını təşkil etdik və genişləndirdik . Mal və xidmət çeşidinin genişlənməsi bizi şirkətimizi rebrendinq etmək fikrinə
sövq etdi. Və 2017-ci ildən etibarən fəaliyyətimizi «ARTEKO» adı altında davam etdirməyə başladıq. Fərqli döşəmə örtüklərinin xüsusiyyətlərini öyrənmək üçün uzun bir yol qət etdik və indi inamla deyə bilərik ki, onların əksər növləri və xüsusiyyətləri haqqında geniş məlumatımız var:
• laminat
• parket lövhəsi (üç laylı)
• iki laylı löhvə (mühəndis lövhəsi)
• massiv parket
• klassik parket
• mantar (probka) döşəmə.
Xarici tərəfdaşlarımızın və döşəmə sahəsi üzrə mütəxəssislərin iştirakı ilə seminar və məsləhətləşmələrin keçirilməsinə xüsusi diqqət edirik. Sərgi salonlarımızın şüarı “hər bir müştəriyə yüksək diqqət və fərdi münasibət, təqdim olunan məhsulların bütün spektri üzrə arqumentlərlə dolu qısa və aydın, müştərilərimizin maraqlandığı məhsul haqqında isə yetərli məlumat vermək.” Biz Sizin üçün dünyanın aparıcı istehsalçılarının yalnız yüksək keyfiyyətli, sınanmış döşəmə
örtükləri kolleksiyalarını seçib, təqdim edirik. Döşəmə örtükləri təklif edən şirkətlər arasında lider mövqe tutmağımız İtaliya, Finlandiya, Almaniya, Belçika , Niderland, Avstriya, Fransa, İsveç, Belarus,İndoneziya,Türkiyə, Rusiya, Ukrayna və digər ölkələrdən birbaşa çatdırılmanın mövcud olmasından irəli gəlir. Hal-hazırda əməkdaşlıq etdiyimiz Kahrs (İsveç), Karelia (Finlandiya), Polarwood (Finlandiya- Rusiya), Upofloor (Finlandiya-Rusiya), Quick-Step (Belçika), Foglie d’Oro (Italiya),Ecofloor (Ukrayna), Vermeister (İtaliya) ), Design Parquet (Fransa), Palladio (Belarus), Cork Art (Portuqaliya), Smolevichi (Belarus), Maykop Parket (Rusiya),FB Hout (Niderland), Uzin (Almaniya), Loba (Almaniya) kimi şirkətlərin məhsullarını müştərilərimizə təqdim edirik. İndi də, 22 il əvvəl olduğu kimi, hər qiymət seqmenti üçün ən yaxşı döşəmə nümunələri seçimini təklif edirik. Mütəxəssislərimiz bizə müraciət edən hər bir müştəriyə yüksək keyfiyyətli və ixtisaslı yardım göstərməyə hazırdır.
Ən yaxşı ənənələri saxlamaq şərti ilə zamanla ayaqlaşıb, populyar, klassik və eksklüziv taxta döşəmələrini diqqətinizə təqdim edirik. Məhsullarımızın siyahısına parketin döşənməsi zamanı zəruri olan geniş çeşiddə digər mallar – plintuslar, döşəmə altlıqarı, parket kimyası və qulluq vasitələri də daxildir. Şirkətimizdə yüksək təcrübəyə malik və peşəkar menecerlər çalışır. Bundan əlavə, biz peşəkar usta briqadaları ilə işləyirik. Mütəxəssislərimiz mağazamızdan alınan istənilən döşəmə örtüyünün vurulması xidmətlərini göstərir. Mağazamızda dünyanın ən yaxşı istehsalçılarının geniş çeşiddə döşəmə örtükləri kolleksiyasını topladıq ki, hər bir müştərimiz öz zövqünə uyğun məhsul tapa bilsin. Siz mağazamızda mövcud olan geniş anbar proqramından yararlana bilər, yaxud zövqünüzə uyğun seçmiş olduğunuz istənilən rəngdə və konstruksiyada döşəmə örtüyünü sifariş verə bilərsiniz. Bizim fəaliyyətimiz yalnız döşəmə satışı ilə məhdudlaşmir. Həm də ekspert səviyyəsində bütün əlaqəli xidmətləri təqdim edirik:
• Texnoloqun obyektə getməsi (obyektin işə hazır olduğunun yoxlanılması, bütün texnoloji göstəricilərin peşəkar alətlərlə ölçülməsi)
• Döşəmə örtüklərinin yüksək keyfiyyətlə vurulması
• Nümunələrin hazırlanması (parket, plintus, rəng)
• Çatdırılma
• Şef-montaj xidməti (Sizin ustalar işləyir, biz nəzarət edirik)
• Parketin müəyyən zaman ərzində anbarda saxlanması.