Modul Parket.
Modul parket fərqli interyerlər üçün yaradılmış parket döşəməsidir. Bədii parketin estetikasını və müasir istehsal texnologiyalarının etibarlılığını özündə birləşdirir. Modul parket üst təbəqəsi müəyyən bir naxış şəklində hazırlanmış ayrı-ayrı panellərdən ibarət parketdir, üst qatı və ya bütöv modul, qiymətli ağaclardan hazırlanır. Bir qayda olaraq modulların hazırlanmasında palıd, göyruş, qoz, merbau kimi qiymətli ağaclardan istifadə olunur.
Modul parket konstruksiya olaraq massiv və 2 laylı mühəndis lövhələri şəklində hazırlanır.
Etibarlılığına və stabilliyinə görə əsasən 2 laylı modul parketlərə daha çox üstünlük verilir . 2 laylı modul 2 təbəqədən ibarətdir: üst qat qiymətli ağac növlərindən, alt qat isə nəmə davamlı iynəyarpaqlı ağaclardan hazırlanmış fanerdən.
Modul parketlər sadə həndəsi formalardan başlayaraq daşlar, metal, mərmər və keramika ilə işlənmiş naxışlı panellər şəklində hazirlanir.
Digər parket növləri kimi, müasir modul parketin səthi də yağ və ya lak ilə örtülür. Modul parket rəngləmə və firçalama(braş) kimi emal növləri ilə işlənə qala bilər.
Adətən modulların kənarları boyunca və üzərindəki hər bir elementinin perimetri boyunca dərz açılır. Dərz ilə modul parket daha cəlbedici görünür, temperatur və rütubət dəyişkənliyi zaman meydana gələn mikro çatları gizlədir.
Biz ARTEKO şirkəti olaraq dünyanın öndə gedən modul istehsalçilarının geniş çeşidini sizə təqdim etməkdən qürur duyuruq. Əminik ki geniş çeşiddə və keyfiyyətli məhsullarımızla ən tələbkar müştərilərin və dizaynerlərin istəklərini qarşılaya biləcəyik. Modul parket evinizdə dəbin və komfortun ahəngini yaradacaq.
1.FOGLİE D’ORO — İtaliya
2.Müştərinin şəxsi tələblərini nəzərə alaraq məhsullarını fərdiləşdirmək bacarığı ilə fərqlənir. Hər bəzək nəhəng bir dünyadır. Gözəllik və məhsulun unikallığı bir arada.
Foglie d’oro tərəfindən reallaşdırılan parket döşəməsi lüks, rahatlıq və gözəl əhval-rühuyyə yaradan əsl sənət əsəridir.
2.LANTANA – Türkiyə
Çoxillik təcrübəsini istehsalata ötürən Lantana Parket müştəri məmnuniyyətini ilk növbədə qoymaqla daima məhsul çeşidini təkminləşdirir. Dünya tendensiyalarına uyğun olaraq rəngləri və dekorları yaxından izləyərək yeni kolleksiyalar istehsal edən Lantana Parket artıq bir dünya markasına çevrilib.
3.VİELARİS – Litva
Döşəmədə fərqli və təkrarolunmaz dizayn arzusunda olanlar üçün müasir həll.
4.KPS PARKE – Türkiyə
Şirkət 1980-ci ildə Düzce’de massiv parket və taxta istehsalı ilə başlayıb. 2000-ci ilə qədər keyfiyyət və güc baxımından sektorun aparıcı istehsalçıları arasında olmuşdur.
2010-cu ildən yeni fabrik 9000 m2 qapalı və 15000 m2 açıq ərazidə keyfiyyətini və gücünü artıraraq özünü inkişaf etdirməyə başlayib. Modul parket naxışları şəxsi tələblərə uyğun olaraq istehsal olunur.
5. DESIGN PARQUET — Fransa
15 ildən çoxdur ki, DESIGN PARQUET sərt və ekzotik ağac döşəmələri(massiv parket, parket lövhələri, modul parket və.s) və aksesuarların istehsalında ixtisaslaşmışdır.
DESIGN PARQUET — parket sahəsində qabaqcıl texnologiyalardan istifadə edən, müştərilərinə geniş çeşiddə döşəmə həlləri təqdim edir: klassikdən, ənənəvi və müasirinə qədər.